Müəllif: Tamara Mustafayeva, Banco.az
Çin bankları daşınmaz əmlak sektorundakı böhrana görə 200 milyard dollar itki ilə üzləşib.
Banco.az xəbər verir ki, İsveçrənin transmilli investisiya bankı “UBS Group”un bugün dərc etdiyi hesabata görə, Çinin daşınmaz əmlak sektorundakı böhran ölkənin bank sistemini böyük zərərlə qarşı-qarşıya qoyub.
Hesabatda qeyd edilib ki, Çin bankları daşınmaz əmlak inkişaf etdirmə şirkətlərinə verilən kreditlər və onların istiqrazlarına və digər aktivlərinə investisiyalar səbəbindən 1,5 trilyon yuan (212 milyard dollar) itki ilə üzləşə bilər.
Ancaq sözügedən zərərin öhdəsindən gəlmək üçün ölkə banklarının güclü mənfəətləri və problemli kreditlər üçün nəzərdə tutulmuş ehtiyat fondunun kifayət edəcəyini vurğulayan İsveç bankının rəhbəri May Yan, “Belə bir zərərə görə Çinin bankçılıq sistemində böhran gözləmirik”, deyə əlavə edib.
Bizi sosial şəbəkələrdən izləyin!!