Müəllif - Aida İsaq, Banco.az
Ukrayna apteklərində dərmanların qiyməti 140%-ə çata bilər.
Banco.az xəbər verir ki, bu barədə səhiyyə komitəsinin sədri Mixail Radutski bildirib.
Onun sözlərinə görə, marketinq ödənişləri sayəsində yaranan əlavə rüsumlar vətəndaşların müalicəsinə mane olur. Çünkü bu, dərman vasitələrinin qiymətlərinin kifayət qədər artması deməkdir.
Deputat ÜST-nin 2022-ci ilin sentyabrında keçirdiyi sorğuya istinad edərək, ukraynalıların 60%-nin dərmanların yüksək qiymətlərini müalicə prosedurunu çətinəşdirən əsas maneələrdən biri olaraq göstərib.
Bizi sosial şəbəkələrdən izləyin!!