Bu ölkənin 2 investisiya bankı birləşir | Banco.az

Bu ölkənin 2 investisiya bankı birləşir

Isveçrənin 2 investisiya bankı - “UBS Group AG” və  “Credit Suisse Group AG”nin Direktorlar Şurası sədrləri birləşərək Avropanın ən böyük banklarından birini qurmağı planlaşdırır.

Məlumata görə, UBS-in İdarə Heyətinin sədri Axel Weber bu məsələni İsveçrə Maliyyə Naziri Ueli Maurer ilə müzakirə edib və gələn ilin əvvəlində razılaşmanının əldə ediləcəyi bildirilir.

Hər iki bankın mətbuat katibləri məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.

Birləşmə xəbərlərinin ardından beynəlxlaq birjalarda “Credit Suisse”in səhmlərinin dəyəri 2,5%, “UBS”in səhmlərinin dəyəri isə 1,2% artıb.

Qeyd edək ki, koronavirus pandemiyasının və mənfi faiz dərəcələrinin yaratdığı çətinliklər Avropa banklarını birləşməyə yönəldir. Belə ki, İspaniyanın “CaixaBank SA” və “Bankia SA” bankları birləşərək ölkənin ən böyük bankını yaratmaq üçün danışıqlar aparır.

Ən sərfəli kredit üçün müraciət et

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et