Bu ölkələrdə karantin tədbirləri mərhələli yumşaldılacaq | Banco.az

Bu ölkələrdə karantin tədbirləri mərhələli yumşaldılacaq

Tamara Mustafayeva, Banco.az

İngiltərə və ABŞ məhdudiyyətləri mərhələli olaraq yumşaldacaq.

Dünya miqyasında mutasiya səbəbindən yoluxma göstəricisi artsa da, vaksinasiya prosesinin sürətlənməsi ilə bəzi ölkələrdə karantin tədbirlərində müəyyən yumşalmalar özünü göstərir.

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində yeni növ koronavirus səbəbilə tətbiq edilən bəzi məhdudiyyətlər yaz aylarının başlaması ilə 1 may tarixindən etibarən yumşaldılacaq. Bələdiyyə Sədri Muriel Bowser isə mətbuat konfransı keçirərək məsələ ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib. Belə ki, əyləncə və konsert məkanlarının 500 nəfərə qədər insanın toplaşması şərtilə açıla biləcəyini qeyd edən Bowser kinoteatrlar, toy, özəl dəvət, regional işgüzar görüş və konqreslərin də 25%-lik tutumla həyata keçirilməsinin mümkün olacağını vurğulayıb.

İngiltərədə isə hökumət tərəfindən açıqlanan proqrama görə, 12 aprel tarixindən etibarən bərbər və gözəllik salonları, mağaza və kitabxanalar yenidən açılacaq. İdman zalları və qapalı üzgüçülük hovuzları, açıq havada fəaliyyət göstərən əyləncə məkanları da fəaliyyətini bərpa edə biləcək. Kafe və restoranların da açıq havada müştərilərə yerində xidmət göstərməsinə icazə veriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Test, peyvənd və virusa yoluxub-yoluxmadığına dair müvafiq məlumatların əks etdirildiyi "Covid-19" pasportu ilə bağlı işlərin davam etməsinə paralel olaraq beynəlxalq səyahətlərə 17 maydan etibarən icazə verilməsi də gündəm mövzusudur, ancaq bu barədə rəsmi qərar yoxdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et