MarketWatch saytı İƏİT rəqəmlərinə görə, işçilərin ən çox tətilə getdiyi ölkələri siyahıya aldı.
Yeni Zellandiya - Yeni Zellandiyada işçilər ildə 30 gün rəsmi tətil edir. İldə cəmi 1762 saat çalışırlar. İşçilərdən hər saata görə əldə edilən səmərə 34.10 dollardır olmaqla yanaşı, adam başına düşən milli gəlir 29 min 730 dollardır. Ölkədəki işsizlik nisbəti 6,9%-dir.
İtaliya - İtaliya da Yeni Zellandiya kimi ildə 30 gün rəsmi tətil edir. İşçilər ildə 1774 saat çalışır. İşçilərdən hər saata görə əldə edilən səmərə 46,60 dollardır. İtaliyada adam başına düşən milli gəlir 30 min 136 dollardır və ölkədəki işsizlik yüzdə 10,7 səviyyəsindədir.
Belçika - Belçikada da İtaliya və Yeni Zellandiya kimi 30 gün rəsmi tətil edilir. Ölkədə işçilər ildə 1577 saat çalışır. İşçilərdən hər saata görə əldə edilən səmərə 59,50 dollardır. Belçikada adam başına düşən milli gəlir 37 min 883 dollardır. Belçikada işsizlik nisbəti 7,6%-dir.
Fransa - Fransada ildə 31 gün rəsmi icazə verilir. Fransızlar il ərzində cəmi 1476 saat çalışır. İşçilərin işlərindən hər saata 57,70 dollar səmərə əldə edilir. Fransada adam başına düşən milli gəlir 35 min 548 dollar. Fransada işsizlik nisbəti 10,3%-dir.
İspaniya - İspaniyada il ərzində 34 gün rəsmi tətil günü var. İspanlar il ərzində 1685 saat çalışır. İspaniyada işsizlik nisbəti 25,1% səviyyəsindədir.
Almaniya - Almaniyada ildə 34 gün rəsmi tətil günü var. Almanlar il ərzində 1406 saat çalışır. Ölkədə adam başına düşən milli gəlir, 30 min 28 dollardır. Almaniyada işsizlik nisbəti 5,5%-dir.
Portuqaliya - Portuqaliyada ildə 35 gün rəsmi tətil günü var. Portuqaliyalılar il ərzində 1711 saat çalışır. Adam başına düşən milli gəlir 23 min 385 dollardır. Ölkədə işsizlik nisbəti 15,9%-dir.
Avstriya - Avstriyada ildə 35 gün tətildir. İşçilər il ərzində 1598 saat çalışır. Adam başına düşən milli gəlir 42 min 409 dollardır. Ölkədə işsizlik nisbəti 4,4%-dir.