Müəllif - Aida İsaq, Banco.az
Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları 2023-2024-cü illərdə yüksək templə inkişaf edəcək.
Banco.az xəbər verir ki, Avropa Yenidənqurma və İnkişaf Bankının analitiklərinin proqnozuna əsasən, orta hesabla müvafiq region dövlətlərində ümumi daxili məhsulunun (ÜDM) həcmi cari və növbəti illərdə müvafiq olaraq 4,9% və 5,4% artacaq. Burada Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Türkmənistan və Özbəkistan kimi ölkələrin iqtisadiyyatının artımından bəhs edilir. Ekspertlər ÜDM-in ən böyük artımını 8% olaraq Tacikistan üçün proqnozlaşdırıb. Daha sonra isə Qırğızıstan və Monqolustanda 7%, Türkmənistan və Özbəkistanda isə 6,5% artım gözlənilir. Mərkəzi Asiya iqtisadiyyatlarının yüksək artım tempinə səbəb olaraq əmtəə ixracatçıları üçün yüksək neft və qaz qiymətləri, işçi qüvvəsi axınının, kapitalın və pul köçürmələrinin artması göstərilir.
Bizi sosial şəbəkələrdən izləyin!!