Müəllif - Aida İsaq, Banco.az
Yunanıstan və Malta Rusiya aktivlərinə tətbiq olunan sanksiyaların həcminə görə digər Aİ ölkələrindən geri qalır.
Banco.az xəbər verir ki, İtaliya, Fransa, Almaniya, İrlandiya, İspaniya, Belçika, Avstriya və Lüksemburqda 1 milyard avrodan çox Rusiya aktivləri dondurulub. Lakin Yunanıstan və Maltada müvafiq olaraq bu məbləğ 212 min avro və 147 min avro təşkil edib. Aİ nümayəndələrindən biri bunun təəccüblü olduğunu bildirib.
Qeyd edək ki, daha öncə Estoniyanın xarici işlər naziri Urmas Reinsalu ölkəsinin dondurulmuş Rusiya aktivlərinin (17 milyard avro) Ukraynaya köçürülməsi imkanlarını nəzərdən keçirildiyini açıqlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!