Müəllif - Aida İsaq, Banco.az
Rusiyalı milyarderlər ötən ilin yanvarında sərvətlərini 16,11 milyard dollar artırıblar.
Banco.az xəbər verir ki, bu barədə araşdırma aparan “Bloomberg” agentliyinin milyarderlər reytinqində 23 Rusiya vətəndaşı yer alır. Onlar arasında ən çox qazanan Rusiyanın "Lukoyl" neft şirkətinin təsisçisi Vahid Ələkbərov olub.
Yanvar ayında gəlirlərini daha çox artıranlar arasında ikinci yerdə polad və dağ-mədən şirkəti “Severstal”ın baş direktoru Aleksey Mordaşov, üçüncü pillədə isə “Norilsk Nikel” mədən-metallurgiya şirkətinin əsas sahiblərindən biri Vladimir Potanin qərarlaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!