Bu ölkədə yoxsulluq artır | Banco.az

Bu ölkədə yoxsulluq artır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Fransız katolik xeyriyyə təşkilatı “Secours Catholique” illik hesabatında ölkədə artan yoxsulluğa diqqət çəkib.

Banco.az xəbər verir ki, sözügedən təşkilat 2021-ci ildə 938 min adama kömək edib və yardım alan ailələrin 48 faizinin zəruri qida məhsullarını təmin etmək üçün kifayət qədər büdcəsinin olmadığı qeyd edilib. 

Kommunal xərcləri ödədikdən sonra hər iki ailədən birinin ayın sonunu başa vurmaq üçün 295 avro pulu qalır ki, bu məbləğ də adambaşına gündəlik minimum 7 avro olan qida xərclərindən 2 avro azdır.

Qeyd edək ki, ölkədə bahalaşma ilə əlaqədar vəziyyətin daha da pisləşəcəyi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et