Bu ölkədə yeyilən maska istehsal olundu - QİYMƏT | Banco.az

Bu ölkədə yeyilən maska istehsal olundu - QİYMƏT

Tamara Mustafayeva, Banco.az

Ötən bir ildə dünyanın demək olar ki, hər yerini öz təsiri altına alan koronavirus pandemiyası səbəbilə qoruyucu maskalar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Təbii ki, bu müddət ərzində bir-birindən müxtəlif maska növləri də istehsal edilib. Pandemiyanın ilk günlərində təkcə tibbi maskalardan istifadə edilirdisə də, hazırda olduqca fərqli və çox çeşidli dizayna malik qoruyucu maskalara rast gəlmək mümkündür. 

Bu dəfə də qeyri-adi təşəbbüslərdən biri Yaponiyadan gəlib. Belə ki, bu ölkənin eksperiment laboratoriyalarından birində yeyilən üz maskası hazırlanıb. "Mask Pan" adlandırılan bu maska şirin, qovun aromatlı dada malikdir.

Nəfəs alma ilə bağlı narahatlığa isə heç bir əsas yoxdur, çünki 3D dizaynı sayəsində bu maskaların içərisi boşdur və heç bir problem yaratmır. 

Qeyd edək ki, Garmentec Araşdırma İnstitutu tərəfindən tətbiq olunan müvafiq sınaqdan uğurla keçən maska karbohidratların tərkibində mövcud olan liflərə görə bazardakı digər maskalardan yaxşı olmasa da, oxşar qorunmanı təmin edir.

Ən sərfəli kredit üçün müraciət et

İçərisində beş ədəd maska olan bir paketin qiyməti isə 16 dollar təşkil edir. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et