Bu ölkədə yeni turist vergisi tətbiq ediləcək | Banco.az

Bu ölkədə yeni turist vergisi tətbiq ediləcək

Müəllif:Ayşən İmanova/Banco.az

Tunisdə noyabrın 1-dən yeni turist vergisi tətbiq ediləcək.

Banco.az xəbər verir ki, yeni vergi turistləri otelin ulduz reytinqindən asılı olaraq gündə 1 avrodan 3,5 avroya qədər əlavə ödəməyə məcbur edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Vergi 12 yaşdan yuxarı mütəşəkkil turistlərə şamil ediləcək.
Məsələn, ikiulduzlu otellərdə ödəniş adambaşına gündə 1,18 avro, üçulduzlu otellərdə 2,36 avro, dörd və beşulduzlu otellərdə isə gündə 3,54 avro olacaq.

Qeyd olunub ki, yığılan vəsaitin turizm sənayesi üçün xidmət və malların maliyyələşdirilməsinə yönəldilməsi planlaşdırılır.