Bu ölkədə yanacağın qiyməti ucuzlaşıb | Banco.az

Bu ölkədə yanacağın qiyməti ucuzlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin benzin və dizelin pərakəndə satış qiymətlərini aşağı salıb.

Banco.az xəbər verir ki, Çinin əsas iqtisadi planlaşdırma orqanı olan Milli İnkişaf və İslahat Komissiyası benzinin qiymətinin ton başına 480 yuan (68,77 dollar), dizelin qiymətinin isə 460 yuan (65,91 dollar) azaldılacağını elan edib.

Komissiya bəyanatında ABŞ və Avropa ölkələrində aqressiv faiz artımlarının qlobal bazarda inam və tələbata mənfi təsir göstərməsi səbəbindən neft qiymətlərinin qısa müddətdə daha da ucuzlaşacağını gözlədiklərini açıqlayıb.

Ölkənin ən böyük istehsalçıları olan Çin Milli Neft Korporasiyası (CNPC), Çin Neft-Kimya Korporasiyası (SINOPEC) və Çin Milli Xarici Neft Korporasiyasına (CNOOC) neft istehsalını davam etdirmək və onun paylanmasını asanlaşdırmaqla tədarük sabitliyini qoruyub saxlamaları tapşırılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram