Bu ölkədə virtual banklar fəaliyyətə başlayacaq | Banco.az

Bu ölkədə virtual banklar fəaliyyətə başlayacaq

Müəllif - Aida İsaq, Banco.az

2025-ci ildə Tailandda ölkənin ilk virtual bankları fəaliyyətə başlayacaq.

Banco.az xəbər verir ki, bu addım banklara rəqabəti gücləndirməyə, kreditlərə çıxış imkanlarını genişləndirməyə, biznes və fiziki şəxslər üçün xərcləri azaltmaq məqsədilə xidmətlər təklif etməyə imkan verəcək. Ölkənin qubernator köməkçisi Tharith Panpiemrasın sözlərinə görə, bu istiqamətdə fəaliyyətini genişləndirməyə maraqlı olan 10-a yaxın maliyyə qurumu var. Müraciətlərin bu rübün sonuna doğru açılacağı bildirilir.

Qeyd edək ki, Tailandda müstəqil şəkildə fəaliyyət göstərən virtual banklar olmasa da, ölkənin ən böyük kreditoru olan “Bangkok Bank Pcl”, “Kasikornbank Pcl” və s. maliyyə təşkilatları onlayn hesablar və ödənişlər də daxil olmaqla müxtəlif rəqəmsal xidmətlər təklif edərək investisiyalarını artırmağı bacarıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram