Müəllif - Aida İsaq, Banco.az
2022-ci ildə Rusiyada təcrübəsiz işçilərə tələbat 3,8 dəfə artıb.
Banco.az xəbər verir ki, bu cür namizədlər üçün orta əmək haqqı 21 faiz artaraq 40 min rubla çatıb. Satış və pərakəndə satış sektorunda gənc mütəxəssislərə təlabat artıb. İl ərzində yeni satış nümayəndələri üçün təkliflərin sayı iki dəfə, satış menecerləri üçün isə 21 faiz artıb. İctimai iaşə sektorunda təcrübəsiz aşbaz və çörəkçilər üçün vakant yerlərinin sayı 2,4 dəfə artıb.
Ən yüksək əmək haqqı ofis işçilərinə (145 min rubla qədər), işəqəbul mütəxəssislərinə (50 min rubl), satış nümayəndələrinə (45 min rubl) və satış menecerlərinə (42,2 min rubl) təklif olunur. Ən çox təlabat Moskvada, Sankt-Peterburqda, Rostov-na-Donda, Kazanda, Novosibirskdə qeydə alınıb.
Bizi sosial şəbəkələrdən izləyin!!