Müəllif - Aida İsaq, Banco.az
Rusiyada taxta ev istehsalçılarına subsidiyalar veriləcək.
Banco.az xəbər verir ki, bu barədə baş nazir Mixail Mişustin fərman imzalayıb. Belə ki, dəyəri 3,5 milyon rubla qədər olan fabrikdə hazırlanmış hazır ev dəstlərinə subsidiya ayrılacaq. Taxta evlərin istehsalçıları ildə 300 milyon rubl subsidiya əldə edəcəklər.
Proqramda iştirak rəqabətli seçim əsasında Sənaye və Ticarət Nazirliyinin təşkilatçılığı ilə həyata keçiriləcək. Tələblərə istehsal müəssisələrinin Rusiyada fəaliyyət göstərməsinin təsdiqi, ev dəstləri üçün qiymət siyahısı və alıcı ilə müqavilədə endirimin təyin edilməsi daxildir. Taxta yaşayış binaları layihələri üzrə ümumrusiya müsabiqəsinin nəticələrinə görə, artıq beş mənzil layihəsi təsdiq olunub. Onlarla bağlı sənədlər üzərində iş aparılır və tezliklə Tikinti Nazirliyinin nümunəvi layihələr reyestrinə daxil ediləcək.
Qeyd edək ki, ilk taxta hündürmərtəbəli binaların Rusiyada ilin sonuna qədər Vologda vilayətinin Sokol şəhərində olacağı gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!