Bu ölkədə süd və süd məhsullarının istehsalı azalmaqdadır | Banco.az

Bu ölkədə süd və süd məhsullarının istehsalı azalmaqdadır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə süd və süd məhsulları məlumatlarının istehsalı azalmaqda davam edir.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkiları (TÜİK) Süd və Süd Məhsulları üzrə 2022-ci ilin Noyabr ayı məlumatlarını dərc edib.

Bu məlumatlara görə, kommersiya süd müəssisələri tərəfindən toplanan inək südünün miqdarı noyabr ayında əvvəlki ilin eyni ayına nisbətən 6,1%, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,2% azalıb.

Noyabrda əvvəlki ilin eyni ayına görə kərə yağı istehsalı 18,5 faiz, ayran istehsalı 8,8 faiz, içməli süd istehsalı 7,4 faiz, inək pendiri istehsalı 5,1 faiz, qatıq istehsalı da 3,1 faiz azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et