Bu ölkədə şirkətlər kütləvi şəkildə iflas edir | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Bu ölkədə şirkətlər kütləvi şəkildə iflas edir

Müəllif:Ayşən İmanova/Banco.az

Finlandiyada 2024-cü ilin yanvar-noyabr aylarında özünü müflis elan edən şirkətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 12,4% artıb.

Banco.az xəbər verir ki, bu barədə ölkənin  "Kauppalehti" iqtisadi nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, bu müddət ərzində 2829 şirkət rəsmi olaraq müflis elan edilib. Ötən ilin yanvar-noyabr aylarında isə 2517 müəssisə belə tanınıb.

“Bu il iflas edənlərin sayı orta hesabla ayda 260 şirkət təşkil edib. Dekabrda da eyni temp davam edərsə, bu il təxminən 3,1 min şirkət müflis elan olunacaq”, - məlumatda deyilir.

Qeyd olunur ki, bu rəqəm 2022-ci ildə kəskin şəkildə artıb. Ondan əvvəl (2015-ci ildən) müflis olmuş şirkətlərin sayı heç vaxt 2 mini keçməyib.