Bu ölkədə şirkətlər kredit almaqda çətinlik çəkirlər | Banco.az

Bu ölkədə şirkətlər kredit almaqda çətinlik çəkirlər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniya İqtisadi Tədqiqatlar İnstitutu (IFO) gözlənilən tənəzzül və iflas dalğası səbəbindən alman şirkətlərinin yeni kreditlər tapmaqda çətinlik çəkdiyini bildirib.

Banco.az xəbər verir ki, Almaniya İqtisadi Araşdırmalar İnstitutu (IFO) şirkətlərin banklarla kredit danışıqlarına dair sorğunun nəticələrini dərc edib.

Buna müvafiq olaraq, alman şirkətlərinin 24,3%-i bankların kredit verməkdən çəkindiyini bildirib. Sözügedən göstərici 2017-ci ildən bəri ən yüksək səviyyə kimi qeydə alınıb.

Xidmət sektorunda kredit axtaran şirkətlərin 28,8 faizi bankların kredit vermək istəmədiyini bildirərkən, kimya sənayesi və avtomobil istehsalçılarının təxminən 35 faizi yeni kreditlər almağın artıq o qədər də asan olmadığını bildirib. Pərakəndə satış sektorunda isə sözügedən nisbət 15 faizdən bir qədər aşağıdır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, gözlənilən tənəzzül dalğası və iflas qorxusu səbəbindən bankların kredit vermək istəməməsi ən çox kiçik bizneslərə və ştatdankənar işçilərə təsir göstərib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et