Müəllif - Aida İsaq, Banco.az
İşə gedərkən, dostlarımızla görüşərkən, ümumiyyətlə həyatımızın hər anında saatların böyük əhəmiyyəti var. Günlərimizin daha disiplinli və planlı şəkildə davam etməsini tənzimləyir. Həyatımızın bu dəyərli parçasının əqrəbləri dedikdə ağlımıza ilk olaraq əqrəblərin sağdan sola doğru hərəkəti yada düşür. Ancaq, dünyanın yalnız bir ölkəsində saatın əqrəbləri tərsinə hərəkət edir.
“Kim saatın həmişə eyni istiqamətdə hərəkət etməli olduğunu deyib?
Banco.az xəbər verir ki, bu sualı 2014-cü ildə mətbuat konfransında Boliviyanın vitse-prezidenti David Çoqueuanca jurnalistlərə ünvanlayıb. Eyni zamanda, o, “Niyə biz həmişə itaət etməliyik?, “Niyə biz yaradıcı ola bilmirik?” deyərək bütün dünya səviyyəsində olduqca cəsarətli addım atdı. Beləliklə, paytaxtdakı konqres binasının üzərindəki böyük saatın əqrəblərinin hərəkət istiqaməti tərsinə dəyişdirilir.
Təbii ki, bu addım fərqli cür qəbul edildi. Müxalifət liderləri saat əqrəbinin tərs istiqamətində hərəkətini ölkənin zəifləməyə doğru getməsinə olan işarə kimi qəbul etdilər.
Bizi sosial şəbəkələrdən izləyin!!