Bu ölkədə restoran və barlarda spirtli içki satışı qadağan edilib | Banco.az

Bu ölkədə restoran və barlarda spirtli içki satışı qadağan edilib

Norveç hökuməti koronavirus pandemiyası ilə bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar iaşə obyektlərində spirtli içkilərin satışını qadağan etmək qərarına gəlib.

Bu barədə "The Local" xəbərlər saytı bildirib.

Bu tədbirlər ölkə daxilindəki barlara, restoranlara və klublara aid olacaq. Yeni məhdudiyyətlər dekabrın 15-dən qüvvəyə minəcək.

Həmçinin, Norveç hakimiyyəti uşaq bağçalarına, məktəblərə getmə məhdudiyyətlərini geri qaytaracaq, orta məktəb və universitet tələbələri qismən distant təhsilə göndəriləcək. Bundan əlavə, hökumət səhiyyə sisteminə təzyiqi azaltmaq üçün vətəndaşlardan mümkün olduqca evdən işləməyi xahiş edib.

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram