Müəllif - Aida İsaq, Banco.az
Cari ildə baş verən quraqlıq fonunda Argentinadan mal əti ixracı azalıb.
Banco.az xəbər verir ki, bu barədə ölkənin Rusiyadakı səfiri Eduardo Antonio Zuine bildirib. Səfir mal əti ixracının azalması ilə bağlı konkret rəqəmlər açıqlamasa da, quraqlıq səbəbindən ölkəsinin təxminən 25 milyon dollar zərərə uğradığını bildirib. O, həmçinin son yarım əsrdə bu cür quraqlığın müşahidə edilmədiyini vurğulayaraq, yaranan vəziyyətin kənd təsərrüfatı məhsullarının həmçinin heyvandarlığın azalmasına səbəb olduğunu diqqətə çatdırıb.
Bundan başqa, səfir ölkəsinin gələn il ət ixracının həcmini artırmağa ümid etdiyini qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!