Bu ölkədə qızıl sikkə qaytaran bankomatlar istifadəyə verilib | Banco.az

Bu ölkədə qızıl sikkə qaytaran bankomatlar istifadəyə verilib

Müəllif - Aida İsaq, Banco.az

Hindistanın Heydərabad şəhərində dünyada ilk dəfə olaraq qızıl sikkə bankomatı istifadəyə verilib. 

Banco.az xəbər verir ki, yerli sakinlər kredit və ya debet plastik kartlarındakı pulu qızıl sikkələrə dəyişə biləcəklər. Yaxın gələcəkdə bu cür bankomatların şəhərin müxtəlif yerlərində quraşdırılacağı gözlənilir. 

Qeyd edək ki, aparatlardan 0,5 qramdan 100 qrama qədər olan qızıl sikkələri əldə etmək mümkündür. Dünyanın ilk "qızıl" bankomatı daxili kamera və səs siqnalı sistemi ilə təchiz olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et