2019-cu ildə Ukraynada bir dolların 30 qriven olacağı proqnozlaşdırılır.
Bu barədə Avropa Biznes Assosiasiyasının icraçı direktoru Anna Derevevyanko mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsi layihəsində 1 dollar 30 qriven dəyərində göstərilib.
Gələn il Ukraynada devalvasiyanın səviyyəsinin təxminən 10 faiz olacağı proqnozlaşdırılır.
İlin sonuna 1 dollara nisbətdə Ukrayna qriveninin 29,4 olacağı gözlənilir.
FED.az