Müəllif -Aida İsaq, Banco.az
Avstraliyada pərakəndə satışlarda dinamika stabil qalıb.
Banco.az xəbər verir ki, Avstraliya Statistika Bürosunun açıqlamasına görə, aprel ayında mövsümi təsirlərdən yan keçən pərakəndə satışlar əvvəlki ayla müqayisədə dəyişməyərək 35,14 milyard AUD səviyyəsində qalıb. Halbuki 0,2 faiz artımı proqnozlaşdırılmışdı.
Ərzaq pərakəndə satışı 0,1 faiz, məişət məmulatlarının satışı 1,0 faiz, kafe, restoran və hazır qida xidmətlərinin satışı 0,2 faiz, geyim və fərdi ləvazimat satışı 1,9 faiz, univermaq satışı 1,5 faiz artıb.
Əvvəlki ilin eyni ayı ilə müqayisədə pərakəndə satışlarda artım nisbəti 4,2 faiz, illik artım isə 5,4 faiz təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!