Bu ölkədə neft və qazla işləyən istilik sistemləri qadağan edilib | Banco.az

Bu ölkədə neft və qazla işləyən istilik sistemləri qadağan edilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada neft və qazla işləyən istilik sistemlərinin istifadəsinə qadağa qoyulub.

Banco.az xəbər verir ki, Almaniyada Nazirlər Kabineti 2024-cü ildən neft və qazla işləyən istilik sistemlərinin əksəriyyətini qadağan edən qanun layihəsini təsdiqləyib.

İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin yaydığı bəyanata əsasən, Nazirlər Kabinetinin istixana qazı emissiyalarını azaltmaq məqsədilə hazırlanan Tikinti Enerjisi Qanununa ikinci dəyişikliyi təsdiqlədiyi bəlli olub.

Sözügedən qanun layihəsinə görə, yaşayış yerlərində qalıq yanacaqla işləyən istilik sistemlərinə alternativ olaraq bərpa olunan elektrik enerjisi ilə işləyən istilik nasosları, mərkəzi istilik, elektrik isitmə və ya günəş enerjisi sistemləri istifadə edilə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Dəyişikliyin 2028-ci ilə qədər ildə təqribən 9,16 milyard avroya başa gələcəyi hesablanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et