Müəllif: Tamara Mustafayeva, Banco.az
Böyük Britaniyada mənzil qiymətləri aprel ayında orta hesabla 3,5 faiz artıb.
Banco.az xəbər verir ki, Böyük Britaniyanın Milli Statistika İdarəsinin (ONS) məlumatına görə, apreldə mənzil qiymətlərindəki artım martdakı 4,1 faizlə müqayisədə azalıb.
Statistika göstərir ki, ölkədə orta hesabla bir mənzilin qiyməti aprel ayında 286 min funt sterlinq təşkil edib.
Qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 9 min funt sterlinq yüksək olsa da, orta qiymətlərin pik həddə çatdığı 2022-ci ilin sentyabrındakı qiymətlərdən 7 min funt sterlinq aşağıdır.
Qeyd edək ki, apreldə İngiltərədə orta mənzil qiymətləri 3,7 faiz artaraq 306 min funt sterlinqə, Uelsdə 2 faiz artımla 213 min funt sterlinqə, Şotlandiyada 2 faiz artımla 187 min funt sterlinqə, Şimali İrlandiyada isə 5 faiz artımla 172 min funt sterlinqə yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!