Müəllif - Aida İsaq, Banco.az
İtaliyada makaron qiymətləri kəskin bahalaşıb.
Banco.az xəbər verir ki, qiymət artımı istehsalçıların xammal xərclərinin yüksək olması ilə əlaqədar olub. İtaliya maliyyə nazirliyinin məlumatlarına görə, makaron qiymətləri martda 17,5 faiz, apreldə isə 16,5 faiz artıb. Həmin aylarda istehlak qiymətləri müvafiq olaraq 8,1 faiz və 8,7 faiz artıb.
Assoutenti istehlakçı hüquqları qrupunun məlumatına görə isə, bütün İtaliya restoranlarında bir boşqab makaronun qiyməti hər il 6,1 faiz artıb. Assoutenti qiymətləri aşağı salmaq üçün ən azı 15 günlük “makaron tətili” keçirməyə çağırıb.
Beynəlxalq makaron təşkilatının məlumatlarına görə, orta hesabla bir italyan 2022-ci ildə demək olar ki, 23 kq makaron istehlak edib.
Bizi sosial şəbəkələrdən izləyin!!