Bu ölkədə kuryerlərə tələbat kəskin artıb | Banco.az

Bu ölkədə kuryerlərə tələbat kəskin artıb

Müəllif - Aida İsaq, Banco.az

Son beş ildə Rusiyada kuryerlərə tələbat kəskin artıb.

Banco.az xəbər verir ki, qeyd olunan zaman ərzində müvafiq vakansiyaların sayı 11 dəfə artıb. Bu barədə “Avito Rabota” xidmətinin və əmək haqqı indeksi aqreqatorunun analitikləri bildirib.

Təlabatın ən pik həddə çatdığı dövr isə 2020-ci ildə koronavirus pandemiyasının başladığı zamana təsadüf edir. Hansı ki, həmin ərəfədə təlabata uyğun olaraq çatdırılma xidmətləri sürətlə inkişaf etməyə başladı. Müvafiq dövr üçün kuryer iş elanlarının sayında illik müqayisədə 145 faiz artım qeydə alınıb. 

Analitiklərin sözlərinə görə cari ildə 300 mindən çox kuryerə ehtiyac vardır ki, bu göstərici ötən illə müqayisədə vakant yerlərin sayının 113 faiz artması deməkdir.

Bununla yanaşı əvvəllər kuryer vəzifəsinin digər oxşar sahələrlə səhv salındığı (məsələn poçtalyon və s.) lakin hazırda bazar tələblərinə uyğun olaraq inkişafın getdikcə sürətləndiyi bildirilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram