Bu ölkədə kriptovalyuta birjalarına giriş qadağan edilib | Banco.az

Bu ölkədə kriptovalyuta birjalarına giriş qadağan edilib

Müəllif:Mehin Qasımova/Banco.az

Nigeriya hökuməti kriptovalyuta birjalarına girişi blokladığını açıqlayıb.

Banco.az xarici mətbuata istinadən xəbər verir ki,Nigeriya Mərkəzi Bankı və Nigeriya Rabitə İdarəsi telekommunikasiya şirkətlərinə bütün kriptovalyuta saytlarına girişi dayandırmağı tapşırıb .

Qeyri-qanuni pul köçürmələrini və yerli valyuta olan nairanın dəyərdən düşməsini dayandırmağa çalışan hökumət tətbiqlər vasitəsilə  girişi  məhdudlaşdırıb.

Qeyd edək ki, 220 milyon əhalisi ilə Afrikanın ən sıx məskunlaşdığı Nigeriyada yerli pul vahidi  dollar qarşısında tarixin ən aşağı səviyyəsindədir .

Zəngin neft və təbii qaz ehtiyatlarına sahib olan Nigeriya iqtisadiyyatı, gəlir bərabərsizliyi, Boko Haram və silahlı dəstə üzvlərinin hücumları kimi problemlərdən mənfi təsirlənir.

Ən sərfəli kredit üçün müraciət et

Ölkələrində iqtisadi böhran və təhlükəsizlik problemləri səbəbiylə çətin şəraitdə yaşayan bəzi nigeriyalılar daha yaxşı həyat ümidi ilə qeyri-qanuni yollarla Avropaya getməyə çalışırlar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et