Bu ölkədə kömürə yuxarı qiymət həddi tətbiq olunacaq | Banco.az

Bu ölkədə kömürə yuxarı qiymət həddi tətbiq olunacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Polşa artan enerji xərclərinin qarşısını almaq üçün kömür satışına yuxarı qiymət həddi tətbiq edəcək.

Banco.az xəbər verir ki, Polşa prezidenti Andjey Duda Avropada artan enerji xərclərinin vətəndaşlara təsirini azaltmaq üçün ölkədə satılan kömürün qiymətinə yuxarı hədd müəyyən edən qanun layihəsini imzalayıb.

Sözügedən qanun layihəsinə görə, ev təsərrüfatları yerli hökumətlərdən ton başına maksimum iki min zlotiyə (420 avro) kömür ala biləcəklər.

Yerli hökumətlər isə kömür istehsalçılarından və topdansatışçılardan ton başına 1500 zlotidən (312 avro) çox olmayaraq kömür ala biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et