Müəllif - Aida İsaq, Banco.az
Rusiyada kişilər və qadınlar arasında iş axtarışı zamanı qarşıya çıxan problemlər araşdırılıb.
Banco.az xəbər verir ki, sorğuya ölkənin bütün regionlarından 5000-dən çox iştirak qoşulub. 45% iştirakçı iş tapmaqda ən çətin məsələnin potensial işəgötürəndən cavab gözləmək olduğunu düşünüb. 42%-i uyğun iş tapmaqda, 22% iştirkaçı müsahibədən keçməkdə, 13% test tapşırığını tamamlamaqda, 12% CV-ni hazırlamaqda, 11% isə təhlükəsizlik şöbəsi ilə müsahibə zamanı çətinlik çəkdiyini qeyd edib.
Eyni zamanda, kişilərin qadınlara nisbətən uyğun vakansiya tapmaqdan daha çox əziyyət çəkdiyi məlum olub. Bu istiqamətdə faiz göstəriciləri isə müvafiq olaraq 45% və 39% təşkil edib. Ancaq bununla yanaşı, kişilərin müsahibədən keçməsinin daha asan olduğu bildirilir.
Bizi sosial şəbəkələrdən izləyin!!