Müəllif - Aida İsaq, Banco.az
Polşada kiçik mağazalar kütləvi şəkildə bağlanır.
Banco.az xəbər verir ki, yüksək inflyasiya, artan xərclər və iri pərakəndə satış şəbəkələri ilə olan rəqabət buna səbəb olub. “Dun & Bradstreet” araşdırma mərkəzinin mütəxəssisi Tomasz Stazyk il ərzində Polşa bazarında dörd minə yaxın mağazanın artıq fəaliyyətini dayandırdığını bildirib. O, növbəti aylarda vəziyyətin daha da pisləşə biləcəyini qeyd edib.
Qeyd edək ki, məlumata görə, qiymətlərin bahalaşması Polşa sakinlərini müntəzəm olaraq endirimləri izləməyə və son istifadə müddəti yaxınlaşan məhsulları almağa vadar edib. Mağazalarda son zamanlar bütün məhsullarda qiymət artımının qeydə alındığı bildirilir. Bundan başqa əhali vəziyyətin düzəlməyəcəyi təqdirdə bəzi məhsullardan imtina etməli olacaqlarından narahatdır.
Bizi sosial şəbəkələrdən izləyin!!