“Bu il Amerika Birləşmiş Ştatlarında kibercinayətkarlar tərəfindən 12 milyard dollar pul oğurlanıb”.
Bu haqda Norton agentliyi məlumat yayıb.
Bəzi analitiklərin fikrincə, bu rəqəm 2023-cü ildə 33 milyard dollara çatacaq. Bunun səbəbi kimi bir çox şirkətin müdafiə sisteminin zəif olması göstərilir:
“Bəzi şəxslərə məxsus ünvanlar, sosial təminat nömrələri və kredit kartlarına dair məlumatların kiberhücumlardan müdafiəsi zəifdir”.
Ted.az