Bu ölkədə kafe və restoranlar kütləvi şəkildə bağlanır | Banco.az

Bu ölkədə kafe və restoranlar kütləvi şəkildə bağlanır

Müəllif - Aida İsaq, Banco.az

Cari ilin sentyabr ayından etibarən Rusiyada ictimai iaşə obyektlərinin kütləvi şəkildə bağlanması müşahidə olunur. Belə ki, payızda kafe və restoranların bağlanma sayında 27,5 faiz artım, açılan müəssisələrin sayında isə illik ifadədə 3,8 faiz azalma qeydə alınıb.

Banco.az xəbər verir ki, bu barədə “R-Keeper” şirkətinin araşdırmasında bildirilir. Analitiklərin sözlərinə görə, ən çox azalma küçə yeməkləri, barlar və şərab zavodlarının açılışında qeydə alınıb. Eyni zamanda kafelərin, pizza, suşi təklif edən məkanların, çörəkxanaların daha çox payızda fəaliyyətini dayandırdıqları məlum olub. Fəstfud restoranlarının açılış sayı isə bağlananların sayını üstələyib.

Ekspertlər mövcud göstəriciləri hazırda bazarda müşahidə olunan qeyri-sabit vəziyyət və son zamanlar insanların qənaət etməyə üstünlük verməsi ilə əlaqələndirib.

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et