Bu ölkədə kadr çatışmazlığı problemi yaranıb | Banco.az

Bu ölkədə kadr çatışmazlığı problemi yaranıb

Tamara Mustafayeva, Banco.az

Aparılan yeni araşdırmalar Kanadada işçi qüvvəsinə tələbin getdikcə artdığını, pandemiyanın isə mövcud problemi daha da dərinləşdirdiyini aşkara çıxarıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Kanada Statistika Komitəsi və Kanada Biznes İnkişaf Bankı (BDC) tərəfindən həyata keçirilən ayrı-ayrı araşdırmalar ölkədə demək olar ki, bütün sektorlarda kadr çatışmazlığı probleminin pik həddə çatdığını göstərir. 

Kanada Statistika Komitəsinin hesabatına görə, 2021-ci ilin II rübündə 731 min 900 işçi çatışmazlığı aşkar edilib. Araşdırmada bu hala ölkənin bütün əyalətlərində rast gəlməyin mümkün olduğu, ancaq Kvebek, Ontario və Britaniya Kolumbiyası əyalətlərində daha ciddi problemə çevrildiyi vurğulanıb.

BDC tərəfindən aparılan araşdırmada isə ölkədə fəaliyyət göstərən müəssisələrin 64%-nin kadr çatışmazlığı səbəbindən inkişaf edə bilmədikləri əks olunub.

Ən ciddi kadr çatışmazlığı səhiyyə sektorundadır

Statistika Komitəsinin araşdırmasına görə, ötən ilin son rübündə səhiyyə və sosial yardım sektoru üzrə kadr tələbatı 56,9% artaraq 100 min 300 ilə rekord səviyyəyə çatıb.

İkinci pillədə xidmət sektoru qərarlaşıb

Ölkədə qonaqlama və qidalanma xidmətlərinin də daxil olduğu xidmət sektoru 89 min 100 nəfərlik göstərici ilə ən çox işçiyə ehtiyac duyulan ikinci sektordur.

Ən sərfəli kredit üçün müraciət et

Sənaye, istehsal və pərakəndə sektorunda da vəziyyət kritikdir

Kanada iqtisadiyyatının aparıcı sahələrindən hesab edilən sənaye və istehsal sektorlarındakı kadr çatışmazlığı pandemiyadan sonra daha da kəskinləşib. 

Statistika Komitəsinin araşdırmasına görə, pərakəndə sektoru üzrə kadr təlabatı 84 min 300 nəfər təşkil edir ki, sənaye və istehsal sektorlarında bu rəqəm 65 min 900-dür.

Yük maşını sürücüsü çatışmazlığı həll edilməmiş qalıb

Yekunda onu da qeyd edək ki, sözügedən araşdırmalar Kanadada 2021-ci ilin II rübündə 18 min yük maşını sürücüsünə ehtiyac olduğunu və problemin hələ də həll edilmədiyini göstərir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et