Bu ölkədə İT mütəxəssislərinə təlabat yüksəkdir | Banco.az

Bu ölkədə İT mütəxəssislərinə təlabat yüksəkdir

Müəllif - Aida İsaq, Banco.az

Rusiyada İT mütəxəssislərinə təlabat yüksəkdir.

Banco.az xəbər verir ki, bunu karyera məsləhətçi İlgiz Valinurov ölkədə ən çox təlabat olan sahələrlə bağlı müsahibəsində bildirib. Onun sözlərinə görə, İT sektorunun bütün istiqamətləri üzrə mütəxəssislərə ehtiyac var. Eyni zamanda istehsal, innovasiya və yeni texnologiyaların tətbiqi ilə bağlı mütəxəssislər də tələb olunur. Ekspert rəhbər vəzifələr istisna olmaqla, bank sektorunda və mədənçıxarma sahəsində çalışanlara yüksək əməkhaqqı təklif olunduğunu qeyd edib.

Ekspert müasir dövrdə işçilərin qısa zamanda yeni bacarıqlara yiyələnməli olduğunu qeyd edərək, sürətlə dəyişən texnologiya əsrinə uyğunlaşmalı olduqlarının vacibliyini vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et