Bu ölkədə istehsalçı inflyasiyasında yeni rekord qeydə alınıb | Banco.az

Bu ölkədə istehsalçı inflyasiyasında yeni rekord qeydə alınıb

Tamara Mustafayeva, Banco.az

Avropanın ən böyük iqtisadiyyatına sahib Almaniyada enerji qiymətləri inflyasiya təzyiqi yaratmaqda davam edir.

Banco.az xarici mətbuata istinadən xəbər verir ki, ölkədə avqust ayı üzrə istehsalçı qiymətləri indeksi əvvəlki ilin eyni ayına görə 45,8 faiz artaraq rekord səviyyəyə çatıb. Bloomberg sorğusunda iştirak edən iqtisadçıların gözləntiləri isə indeksin 36,8 faiz artacağı istiqamətində idi.

Almaniyada avqust ayında elektrik enerjisinin qiymətində də sürətli artım müşahidə olunmuşdu.

Xatırladaq ki, ölkədə istehsalçı qiymətləri üzrə əvvəlki rekord 37,2 faiz ilə iyul ayında qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et