Tamara Mustafayeva, Banco.az
İngiltərə iqtisadiyyatına istehlakçı inamı məlumatların saxlanmağa başladığı 1974-cü ildən bəri ən aşağı səviyyəyə düşüb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Britaniya İstehlakçı İnamı yaşayış qiymətləri ilə bağlı təzyiqlər və zəif iqtisadi proqnozlar artmağa davam etdiyi üçün avqust ayında rekord səviyyədə geriləyib.
GfK araşdırma şirkəti tərəfindən tərtib edilmiş istehlakçı inamı barometri iyulda mənfi 41-dən avqustda mənfi 44-ə düşüb ki, bu da sorğunun başladığı 1974-cü ildən bəri qeydə alınan ən aşağı səviyyədir.
Qeyd edək ki, iqtisadçıların istehlakçı inamının əvvəlki ayla müqayisədə dəyişməyərək qalacağına dair proqnozları da özünü doğrultmayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!