Bu ölkədə işsizlik indiyə qədərki ən aşağı səviyyəyə düşüb | Banco.az

Bu ölkədə işsizlik indiyə qədərki ən aşağı səviyyəyə düşüb

Tamara Mustafayeva , Banco.az

Cənubi Koreyada işsizlik səviyyəsi bu vaxta qədərki ən aşağı səviyyəsinə düşüb, lakin iqtisadi qeyri-müəyyənliklər səbəbindən məşğulluğun artım tempi ardıcıl üçüncü aydır ki, yavaşlamaqdadır.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Cənubi Koreya Statistika Bürosunun (KOSTAT) məlumatına görə, mövsümi təsirlərdən kənarlaşdırılmış işsizlik nisbəti avqust ayında əvvəlki ayla müqayisədə 2,9 faizdən 2,5 faizə düşüb.

Bu nisbətin mövsümi düzəliş edilməmiş göstəricilərə əsasən isə 2,9 faizdən 2,1 faizə düşdüyü bəlli olub.

İşlə təmin olunanların sayı avqust ayında əvvəlki ilin eyni ayına görə 807 min nəfər artaraq 28,41 milyon nəfər olub. Bu, ölkənin əvvəlki ilə nəzərən 848 min artıma nail olduğu 2000-ci ildən bu vaxta qədərki bütün avqust ayları üzrə illik ən yüksək artım olaraq qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Bununla belə, may ayında 935 min, iyunda 841 min və iyulda 826 min artan məşğulluq göstəricisi isə artıq ardıcıl üçüncü aydır ki, yavaşlamaqdadır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et