Müəllif: Tamara Mustafayeva, Banco.az
Belçikada iş yerinə velosipedlə gedənlərə pul veriləcək.
Banco.az xəbər verir ki, Belçikada Milli Əmək Şurası çərçivəsində işəgötürənlərlə işçi nümayəndələri arasında əldə olunmuş razılığa əsasən, işə velosipedlə gedənlərə velosiped pulu verilməsi artıq icbari xarakter daşıyır.
Razılaşmanın şərtlərinə görə, ölkədə mayın 1-dən etibarən işçilər iş yerlərinə velosipedlə getdikləri təqdirdə hər kilometr üçün işəgötürəndən 0,27 avro müavinət alacaqlar. Bu müavinət vergidən azad olacaq.
Bir işçinin gündəlik velosiped pulu 40 kilometrdən çox ola bilməz və bununla da, velosiped pulu gündəlik 10,8 avro ilə məhdudlaşdırılacaq.
Xatırladaq ki, sözügedən velosiped müavinətinin ödənilməsinə indiyədək işəgötürənlər qərar verirdilər. Bu çərçivədə işəgötürənlərin təxminən 30 faizi də velosipeddən istifadə edən işçilərinə evləri ilə iş yerləri arasındakı məsafəyə müvafiq olaraq pul ödəyirdilər.
Bizi sosial şəbəkələrdən izləyin!!