Bu ölkədə işçilərin maaşı rekord vurdu | Banco.az

Bu ölkədə işçilərin maaşı rekord vurdu

Tamara Mustafayeva, Banco.az

İngiltərədə ilin II rübü üzrə maaşlar ötən ilə nəzərən 8,8% artımla rekord həddə çatıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ingilis şirkətləri koronavirus qadağalarının yumşaldılmasından sonra ümumilikdə 1 milyon yeni vakansiya üzrə işçi qəbulu elan edərkən, ölkədə işçilərin maaşı ötən illə müqayisədə 8,8% yüksəlib.

Milli Statistika Komitəsinin məlumatına görə, maaş artımı, öz növbəsində inflyasiya təzyiqini də gücləndirməkdədir.

Bununla yanaşı, sözügedən dövrdə işsizlik göstəricisi də 4,7% geriləyərək 2020-ci ilin yay aylarından bəri müşahidə olunan ən aşağı səviyyəyə çatıb.

Qeyd edək ki, ölkədə pandemiyanın təsirinə ən çox məruz qalan daşınma və loqistika sektoru üzrə, xüsusən də yük maşını sürücülərinin işə qəbulu ilə bağlı problemlər yaşanıldığı, işçi çatışmazlığının pik həddə çatdığı vurğulanarkən, eyni zamanda ötən bir illik dövr ərzində ağır nəqliyyat vasitələrinin sürücülərinə verilən maaşların 30% artımla illik 40 min funt sterlinqə çatdığı, şirkətlərin həmçinin əlavə bonus da ödədiyi bildirilib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et