Müəllif - Aida İsaq, Banco.az
“SoftBank”, “Hitachi” və “Fujitsu” daxil olmaqla bir sıra Yaponiya şirkətləri iş prosesi zamanı “ChatGPT”dən istifadəni məhdudlaşdırmağa başlayıb.
Banco.az xəbər verir ki, buna səbəb olaraq şirkət rəhbərlərinin məlumatların sızma riski və digər kiber təhdidlərlə bağlı narahatlığı göstərilir. Xüsusilə, bəzi rəhbərlər həssas məlumatların süni intellektə əsaslanan xidmətlərə yüklənməsini qadağan edib. Bundan əlavə, şirkətlər yayıla biləcək yalnış məlumatlardan ehtiyat edirlər. Çünkü istənilən halda bəzən ən mükəmməl formada işləyən çatbotun da hər hansısa məlumatı səhv şəkildə təqdim etmək ehtimalı qaçılmaz deyil. Bu isə həm biznesə, həm də brendin nüfuzuna yetərli formada xələl gətirə bilər.
Qeyd edək ki, bundan öncə, dünyanın ən böyük maliyyə təşkilatları, o cümlədən “Bank of America”, “Citigroup”, “Deutsche Bank”, “Goldman Sachs Group”, “JPMorgan Chase” və digərləri də “ChatGPT”dən iş prosesi zamanı istifadə etməkdən imtina etmək qərarına gəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!