Bu ölkədə iş üçün müraciət edənlərin sayı artıb | Banco.az

Bu ölkədə iş üçün müraciət edənlərin sayı artıb

Tamara Mustafayeva, Banco.az

ABŞ-da kənd təsərrüfatından kənar məşğulluq müraciətləri avqust ayında artıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ Əmək Departamentinin məlumatlarına görə, məşğulluq müraciətləri ötən ay 315 min artım göstərib. Bloomberg anketində iştirak edən iqtisadçıların median proqnozu isə 298 min artımı işarə edirdi.

Məşğulluğa müraciətlərin artması nəticəsində işsizlik nisbəti də 3,5%-dən 3,7%-ə yüksəlib ki, proqnozlar bu göstəricinin dəyişməz qalacağını göstərirdi.

Orta saatlıq qazanc isə aylıq 0,3%, illik 5,2% artıb. Halbuki aylıq 0,4 faiz, illik isə 5,3 faiz artım proqnozlaşdırılmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Açıqlanan məlumatlar göstərir ki, yüksək inflyasiya, yüksək faiz dərəcələri və iqtisadi qeyri-müəyyənliklərə baxmayaraq, əmək bazarı öz gücünü saxlayır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et