Tamara Mustafayeva, Banco.az
Yeni Zelandiya iqtisadiyyatı ikinci rübdə gözləniləndən çox olmaqla 1,7 faiz böyüyüb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Yeni Zelandiya iqtisadiyyatı ikinci rübdə gözləniləndən daha çox artım göstərib və ilin ilk üç ayında "Covid-19"la yoluxma hallarının artması daralmaya səbəb olduqdan sonra tənəzzülə girməyib.
Yeni Zelandiya Statistika Komitəsinin məlumatına əsasən, ümumi daxili məhsul (ÜDM) 1,7 faiz artıb. İqtisadçılar isə 1% artım gözləyirdilər.
Ölkə iqtisadiyyatı əvvəlki rübdə 0,2 faiz azalmışdı.
Qeyd edək ki, mənzil qiymətlərinin ucuzlaşması və qlobal qeyri-müəyyənliyin artması ilə Yeni Zelandiya üçün 2023-cü ildə zəif artım, hətta tənəzzül ehtimalı proqnozlaşdırılır.
Bizi sosial şəbəkələrdən izləyin!!