Bu ölkədə iqtisadi artım proqnozları üstələdi | Banco.az

Bu ölkədə iqtisadi artım proqnozları üstələdi

Tamara Mustafayeva, Banco.az

Yaponiya iqtisadiyyatı bu ilin aprel-iyun dövründə illik əsasda 3,5 faiz artım göstərib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ilin ikinci rübündə Yaponiya iqtisadiyyatı iyun ayına qədər olan üç ay ərzində gözləniləndən daha çox böyüyüb və pandemiya zamanı itirdiklərini bərpa edib.

Nazirlər Kabinetinin açıqladığı məlumatlara görə, ikinci rübdə ümumi daxili məhsul (ÜDM) əvvəlki rüblə müqayisədə illik əsasda 3,5 faiz artıb. Bloomberg iqtisadçıları isə 2,9 faiz artım gözləyirdilər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et