Bu ölkədə ipoteka kreditlərinə tələbat azalıb | Banco.az

Bu ölkədə ipoteka kreditlərinə tələbat azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da ipoteka kreditlərinə tələbat azalıb.

Banco.az xəbər verir ki, ABŞ İpoteka Bankları Assosiasiyalarının (MBA) məlumatlarına görə, 19 may tarixində başa çatan həftə ərzində ipoteka müraciətləri əvvəlki həftəyə görə 4,6 faiz azalıb.

Ölkədə 30 illik ipoteka üzrə orta faiz dərəcəsi isə 6,57 faizdən 6,69 faizə yüksəlib ki, bu da mart ayından bəri qeydə alınan ən yüksək səviyyədir.

Həmin dövr ərzində 15 illik ipoteka üzrə orta faiz dərəcəsi də 5,96 faizdən 6,15 faizə çatıb.

Bildirilib ki, faiz dərəcələrinin volatilliyi səbəbindən və mənzil fondu hələ də aşağı səviyyədə olduğundan alış müraciətlərində hələ də davamlı artım müşahidə olunmur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et