Tamara Mustafayeva, Banco.az
ABŞ-da ipoteka faiz dərəcəsi 2008-ci ildən bəri ilk dəfə olaraq 6%-i keçib.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, İpoteka Bankçıları Dərnəyinin (MBA) məlumatlarına görə, 9 sentyabrda başa çatan həftədə ipoteka müraciətləri əvvəlki həftəyə görə 1,2 faiz azalıb.
Ölkədə 30 illik ipoteka üzrə orta faiz dərəcəsi 5,94 faizdən 6,01 faizə yüksəlib. Beləliklə, sözügedən faiz dərəcəsi 2008-ci ildən bəri ilk dəfə olaraq 6 faizdən yuxarı qalxıb.
Eyni dövrdə 15 illik ipoteka üzrə orta faiz dərəcəsi isə 5,23 faizdən 5,30 faizə yüksəlib.
Xatırladaq ki, ABŞ-da ipoteka faizləri FED-in yüksələn inflyasiyaya qarşı iqtisadiyyatda tələbi azaltmaq üçün həyata keçirdiyi sərt pul siyasəti nəticəsində ilin əvvəlindən bəri sürətlə artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!