Bu ölkədə "iPhone 16"nın satışı qadağan edilib | Banco.az

Bu ölkədə "iPhone 16"nın satışı qadağan edilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İndoneziya “iPhone 16”nın satışını qadağan edib.

Banco.az xəbər verir ki, Cənub-Şərqi Asiyanın ən böyük iqtisadiyyatı olan İndoneziya “Apple” şirkətinin ölkəyə verdiyi investisiya vədlərini yerinə yetirməməsi səbəbindən ölkədə “iPhone 16” seriyasının satışını və istifadəsini qadağan edib.

İndoneziya Sənaye Nazirliyi oktyabrın əvvəlində bildirmişdi ki, ABŞ-ın texnologiya nəhəngi “Apple” İndoneziyaya cəmi 1,5 trilyon rupi (95 milyon dollar) sərmayə qoyub ki, bu da 1,7 trilyon rupi müəyyən edilmiş öhdəlikdən aşağıdır.

Qeyd edək ki, “Apple” İndoneziyada ən yaxşı 6 smartfon markasından biri olmasa da, ölkənin inkişaf potensialı var. 1 trilyon dollarlıq iqtisadiyyatda 350 milyondan çox aktiv mobil telefon mövcuddur. Hökumətin məlumatına görə, bu, ölkənin 270 milyon əhalisindən xeyli çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram