Müəllif: Gülnar Əhmədli, Banco.az
Yapon alimləri "insan yuyan maşın" hazırlayıblar. Maşına daxil olan insanlar avtomatik olaraq yuyulur, yaxalanır və qurudulur.
Banco.az xəbər verir ki, yapon alimləri kütləvi istehsala keçərsə, milyonlarla ədəd satılacağına zəmanət verilən məhsul üzərində işləyirlər.
"Science" adlı şirkəti insanlar üçün "insan yuyan maşın"lar hazırlamağa başlayıb. Şirkətin verdiyi açıqlamaya görə, "insan yuyan maşın" böyük paltaryuyan maşına bənzəyir. Hər tərəfində sensorları olan və şəxsin bioloji məlumatlarını ölçə bilən cihaz sizə göstərəcəyi vizuallarla da fikrinizi təzələməyə kömək edir.
Kapsula bənzəyən maşın içəridə olduğunuz zaman yuyulmaq üçün lazımi miqdarda su doldurur. Bundan əlavə, maksimum istirahət üçün bu suyun temperaturu sabit saxlanılır.
Şirkət "insan yuyan maşın"ı "Kansai Expo 2025" üçün hazırlayıb. 13 aprel 2025-ci ildə təqdim ediləcək məhsul tədbir çərçivəsində aktiv şəkildə xidmət göstərəcək. Tədbir zamanı hər gün ən azı 8 nəfər bu maşında 15 dəqiqə yuyulacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!