Bu ölkədə "İnsan Kitabxanası" yaradıldı | Banco.az

Bu ölkədə "İnsan Kitabxanası" yaradıldı

Tamara Mustafayeva, Banco.az

Danimarkada "İnsan Kitabxanası" yaradılıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, gəlir məqsədi daşımayan "The Human Library" ("İnsan Kitabxanası") adlı beynəlxalq təşkilat ayrı-seçkiliyi və sosial stereotipləri qırmaq üçün oxuculara digər insanların həyatı ilə bağlı real "hekayələr" təqdim edir.

Layihə təşkilatçılarının dediklərinə görə, "İnsan Kitabxanası"nın əsas məqsədi mədəni, sosial, dini və etnik müxtəliflərin vəhdətində daha tolerant cəmiyyət formalaşdırmaqdır. Sözügedən kitabxanaya gələn oxucular könüllülərin "hekayə"lərini dinləyir, onlara suallar ünvanlamaqla "danışan kitablar"dan həyatı öyrənirlər.

Ən sərfəli kredit üçün müraciət et

"İnsan Kitabxanası"nın ənənəvi kitabxanalara çox bənzədiyini görürük. Yegan fərq isə "kitablar"ın təcrübələrinə maraq göstərən auditoriyaya açıq-aşkar təqdim edilməsidir. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et